Güncel

Azerbaycanlılar birleşiyor

Əsası Ümum milli lider Heydər Əliyev tərəfindən qoyulan diaspor siyasəti dünyada yaşayan azərbaycanlıların təşkilatlanması və azərbaycançılıq məfkurəsi ətrafında sıx birləşməsi məqsədilə gündəmə gəldi.

Bu məqsəd ilə Xaricdə yaşayan Azərbaycanlılarla iş üzrə Dövlət Diaspor Komitəsi yaradıldı.Bunun üçün o zaman Ümummilli Lider böyük əmək sərf etdi.Lakin təəssüflər olsun ki,sonrakı illərdə diaspor sahəsində nəyinki görülən işləri irəliyə aparmaq,hətta qurulanların dağılmasını müşahidə etdik.Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının qurultaylarında bu məsələləri dəfələrlə önə çəkərək konkret fəaliyyət proqramı ortaya qoydu.Diaspor təşkilatları arasında elecə də həmin birliklərlə diplomatik korpuslarımız arasında birgə fəaliyyət mexanizminin yaradılmasını diqqət mərkəzinə gətirdi.Bütün bu məsələlərdə Diasporla iş üzrə Dövlət Komitəsinin üzərinə düşən cavabdehlik məsuliyyətini göstərdi.Lakin yenə təəssüflər olsun ki,o həmin mühüm çıxışlar qurultay protokolları olaraq icrasız qaldı.

Ən böyük diaspora malik olduğumuz Rusiya Federasiyasındakı təşkilatlar arasında hətta münasibətlərin düşmənçilik səviyyəsinə çatması və bu gün ortada vahid təşkilatın olmaması bizi necə narahat etməyə bilər? Növbəti bir misal kimi Ukrayna Respublikasında diasporumuzun mövcud vəziyyəti ürək açmayan hal kimi qeyd edə bilərəm.

Nazim İbrahimov açıqcası yarıtmaz fəaliyyəti görə komitə sədri vəzifəsindən uzaqlaşdırılmışdır..Bu vəzifəyə 2018-ci ildə gənc deputad Fuad Muradov gətirildi.Hələ ölkədə kadr islahatlarına başlamamışdan öncə cənab Prezident ciddi problemler yaşayan Diaspor Komitəsinin rəhbərliyində dəyişiklik etməklə buraya yeni nəfəs vermək istədi.Uzun illərdir(14 ildir) diaspor fəaliyyəti ilə məşğul olan bir şəxs kimi bizdə də bir ümid yarandı ki,bu sahədə əhəmiyyətli dəyişikliklər olacaqdır.

Nazim İbrahimov dönəmindən bir misal çəkim.”Qurultaya üzv olmaq üçün bu qədər verəcəksən, ön cərgədə oturmaq üçün bu qədər.”sizlərə rüsvayçılığın miqyasını göstərmək istəyirəm. Və bununla diqqətinizi çəkmək istəyirəm ki, bu rüsvayçılığın epiçentirində bu gün Diaspor Komitəsində sədrin birinci müavini vəzifəsini tutmuş, Nazim İbrahimov dönəmindən çalışan Valeh Hacıyev dayanır.Onun komitədə küllü ixtiyar olması,

“FİROVUNLUQ”etməsini eşitmişdim.Amma şahidi ötən ilin oktyabrında oldum. 2019-un oktyabrında bir yumşaq yazı yazaraq,”Diaspor Komitəsi niyə bizi dinləmir,məktublarımıza niyə cavab vermir?”deyə iradımı bildirmişdim.Bu yazının ardından Fuad Muradovun qəbulu adi ilə komitəyə dəvət olundum.Lakin burada ilk olaraq məni Valeh Hacıyev qəbul etdi.Bu zaman onun öz otağında mənimlə davranışından özünü necə

“MÜLKƏDAR” kimi apardığına şahid oldum.Məni hədələməyə başladı.Bütün bunları ona görə qeyd edirəm ki bu adamaların diaspor təşkilatları ilə, ömrünü bu vətənə həsr edən,xarici ölkələrdə Azərbaycan adına varınıyoxunu əsirgəməyən insanlarımızla necə davrandıqlarını bildirmək istəyirəm. Nazim İbrahimovun komfortlu həyat tərzindən sui istifadə edən Valeh kimilər pul qazanmaqla məşğul olublar, diaspor işi ilə yox.Bu,” xüsusi xidmətlərə”görəmi sədr Fuad Muradov Valeh Hacıyevi hələdə qoruyur?Yoxsa cənab sədr qohumçuluq münasibətlərə görəmi üzü gəlmir uzaqlaşdırmağa?

Hər il dövlət büdcəsindən bəlli miqdarda vəsait Diaspor Komitəsi üçün ayrılır.İllərdir bu vəsaitin başına açılan oyunu bir kənara qoyum.Özlərinin müəyyənləşdirdiyi bəlli bir qrupa vəsait ayırmaqla guya ölkə üçün əhəmiyyətli günləri xarici ölkələrdə təbliği görüntüsü yaradırlar.Az-az keçirilən tədbirləri çıxmaq şərti ilə qalanları ancaq görüntü xarakteri daşıyır.Bir neçə nəfəri zala doldurub bir foto yaymaq, vəssalam.Sonra İstanbulun,

Avropanın küçələrində dükan-dükan düşüb şalvar-kofta almağa başlayırlar. Valeh Hacıyevin ucbatından bu gün Türkiyədəki diaspor təşkilatlarımız eyni ilə Rusiyadakı kimi bir-birini didmə həddinə çatıblar.Görün Türkiyə Azərbaycan federasiyasının sədri,Kocaeli Heydər Əliyev Kültür Evin rəhbəri Bilal Dündar onun haqqında nələr deyib:”Valeh Hacıyev mənə deyirdi ki, Heydər Əliyev Kültür Evinə ehtiyac yoxdur oranı bağlayın.” Daha sonra Bilal Dündar bildirir ki “Valeh Hacıyev özünü vəziyyətdən çıxarmaq üçün federasiya daxilində olan insanları bir-birinə qarşı qoyaraq düşmənçilik yaratmaqdadır.O,Türkiyədə diaspor işini öz bildiyi kimi aparmaq, Azərbaycandan gələn maddi vəsaiti istədiyi cibə doldurmaq niyyətindədir.”Federasiya sədri daha sonra şok bir söz söyləyir.”Azərbaycandan gələn vəsaitin bir qismini Valeh Hacıyev oğlunun təhsili üçün göndərməyimi rica edirdi.Amma indi Heydər Əliyev Kültür Ev işçiyə maaş verə bilmədiyi üçün borclanıb.Buda Diaspor Komitəsi Nazim İbrahimov dönəmində göndərilən vəsaitin dayandırılmasıdır.”Bütün bu məsələlərdə Valeh Hacıyevin çirkli məqsədləri dayanır.Ona Heydər ƏLiyev kültür Evideyil,həmin vəsaitləri özünə yaxın bildiyi çəxslərə ötürməklə mənfəət qazanc güdməkdədir.

Diaspor Komitəsi və Heydər Əliyev Kültür Evi münasibətlərinə dair mövzu ayrıca məsələdir. Fuad Muradov Diaspor Komitəsinə artıq ikinci ildir ki, sədrlik edir.Bir neçə ölkədə görüş və konfranslar keçirməklə bu müddətə müsbət qiymət vermək olmaz. Fuad Muradovun ən uğurlu addımı adlandırdığı 1 22 Əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan diaspor siyasəti dünyada yaşay…

Ukraynada diaspor vəziyyəti isə göz önünə gətirilərək bu işin fiaskoya uğradığı ortadadır.Ukraynada diaspor rəhbərinə xahiş edib,mənim xatirimə gəl burda əlini qaldır,sözdə “Azərbaycan radasını” elan etməklə fəaliyyət olmur cənab sədr. Quru adlı Radaya hər ay Azərbaycan büdcəsindən boş yerə vəsait ötürülür.Nəticə sıfır.

Ukrayna haqqında daha geniş açıqlama verəcəyəm. Bir daha Dövlət Diaspor Komitəsinin sədrinin birinci müavini Valeh Hacıyevə qayıdıram.Buradan müvafiq qurumlara müraciət edirəm.Bu məmurun fəaliyyəti ciddi araşdırılmalıdır.Özümə hörmət edərək onun bəzi əməlləri haqqında danışmıram. Sədr Fuad Muradova müraciət edirəm!Cənab Prezidentin başlatmış olduğu islahatları Diaspor Komitəsində həyata keçirin.Qohumbazlığa, yerlibazlığa,dostbazlığa, son qoyun.Ləyaqətli insanları ölkəmizdə və xaricdə Azərbaycana qarşı fədakarlıq göstərən soydaşlarımızı incidib, onları vətəndən küsdürən Valeh Hacıyev kimilərinə meydan tanımayın.Sizinlə ötən ilin oktyabrında keçirilən görüşümüzdən ümidvar deyildim hansısa dəyişiklik olacaq.Çünki siz orada bir söz işlətdiniz Fuad müəllim ”burada hər şey mən dediyim kimi olacaq.” Hələdə siz dediyiniz kimidir… Davamı var.

Daha Fazla Göster
Başa dön tuşu