Güncel

Azerbaycan Radası Ukrayna’da hayata geçti

14 aprel 2019-cu ildə Kiyev şəhərində Ukrayna Azərbaycanlıları Radası yaradıldı. Birləşmiş Ukrayna

Azərbaycanlıları Konqresinin sədri Rövşən Tağıyev, Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədri

Hikmət Cavadov və Kiyev Azərbaycanlıları Konqresinin sədri Oleq Krapivin UAR-nın həmsədrləri oldular.

Diasporla Dövlət Komitəsinin sədri Fuad Muradov da həmin tədbirdə iştirak etmişdir.Məhz bu birliyin də

təşəbbüskarı Diaspor Komitəsi olmuşdur.Bir ilə yaxındır Radanın yaranmasına baxmayaraq bu ölkədə konkret

heç bir irəliləyiş yoxdur. Yuxarda adı çəkilən hər üç təşkilatın birgə heç bir fəaliyyəti gözə dəymir.Dünən Kiyev

Azərbaycanlıları Konqresinin sədri Oleq Krapivin tərəfindən Novruz tədbiri keçirilib.Əldə etdiyim məlumata

əsasən bayram tədbirinə nə Rövşən Tağıyev, nə də Hikmət Cavadov dəvət edilməyib.Rada və Ukraynadakı

diasporun durumu ilə bağlı daha geniş yazı ilə yaxın günlərdə çıxış edəcəyəm.

Daha Fazla Göster
Başa dön tuşu