Güncel

Bilal Dündar: “31 mart soyqırımı erməni faşizminin iç üzünü göstərən tarixi cinayətdir”

Ermənilərin yalan, hiyləgər və məkrli əməlləri ilə bağlı bütün dövrlərə dair bitib-tükənməyən faktlar var. Qəsd edib özünü zərərçəkən kimi göstərmək, yazıq cildinə salmaq, yalanı doğru kimi təqdim etmək, başqasının malına, mədəniyyətinə iddia edib uydurma “əsaslandırma” yaratmaq erməni toplumunun genetikasında möhkəm yer tutub. 1918-ci ilin 31 mart soyqırımı erməni faşizminin iç üzünü göstərən tarixi cinayətdir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının (TADF) sədri Bilal Dündar 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə saxta “erməni soyqırımı” arasında paralellər apararaq deyib.

O bildirib: “Ermənilər Osmanlı dövlətinin bütün yaxşılıqlarına terror və separatçılıqla, Azərbaycan xalqının qonaqpərvərliyinə soyqırımlar törətməklə qarşılıq verdilər. Azərbaycanın sovetlər birliyinin tərkibində olduğu dövrdə ermənilər bütün dünyanı uydurduqları yalanlarla aldadaraq saxta “erməni soyqırımı” anlayışını gündəmdə saxladılar. Amma “Haqq üzülər, amma qırılmaz” deyiblər. Azərbaycan dövlət müstəqilliyini bərpa etməklə bir çox qaranlıq məqamlara işıq saldı. Ermənilər Azərbaycana qarşı yenidən ərazi iddiası irəli sürərək bəd və məkrli niyyətlərini ortaya qoydular. Sonrakı illərdə Xocalı soyqırımını törətməklə saxta “erməni soyqırımı” mövzusunun yalan olduğunu öz əməlləri ilə təsdiq etdilər”

Kaynak: Azertac Gazetesi

Daha Fazla Göster
Başa dön tuşu